×
A
A
A
Sazlamalar

Sabah Abşeron çimərliklərində hava necə olacaq?

Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 4-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacaq.

Ekologiya 2026-08-03 14:02:00