


Paytaxtın Xətai rayonunda baş verən sürüşmənin səbəbi nədir?
Bakı, 3 avqust, AZƏRTAC
Paytaxtın Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24–25 metr məsafədə yerləşən, hündürlüyü 12–16, uzunluğu 140–150 metr olan sərt kəsilmiş yamacın 28–30 metrlik hissəsində sürüşmə prosesi qeydə alınıb.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev AZƏRTAC-a bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib.
Onun sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4,5–5 kubmetr təşkil edir.
Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.
Müxbir – Göyçək Mahmudlu
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Azərbaycanda zubrların sayı 89-a çatıb
Sabahın hava proqnozu açıqlanıb
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub