


Böyük Britaniyada iki universitet birləşərək 50 mindən çox tələbəsi olan yeni təhsil qrupu yaradıb
London, 3 avqust, AZƏRTAC
Böyük Britaniyanın Kent Universiteti və Qrinviç Universiteti birləşərək London və Cənub-Şərq Universitetlər Qrupu (LASE) adlı yeni ali təhsil qurumu yaradıblar. Tərəflərin bildirdiyinə görə, bu, ölkənin ilk “superuniversitet” modelidir.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, yeni qurum London, Medvey və Kentdə yerləşən dörd kampusda ümumilikdə 50 mindən çox tələbəni əhatə edəcək və tələbə sayına görə Böyük Britaniyanın üçüncü ən böyük universitet qrupu olacaq. Bununla belə, hər iki universitet öz adını və akademik müstəqilliyini qoruyacaq. Tələbələr əvvəlki qaydada seçdikləri universitetə müraciət edəcək və məzun olduqları zaman həmin universitetin diplomunu alacaqlar.
Ötən ilin sentyabrında elan olunan birləşmə sentyabrın 7-dən rəsmən qüvvəyə minəcək.
Universitetlər bildirirlər ki, bu addım onların maliyyə dayanıqlığını gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, bu qərar Böyük Britaniya universitetlərinin artan maliyyə çətinlikləri fonunda qəbul olunub. Ölkənin ali təhsil üzrə tənzimləmə qurumunun məlumatına görə, bir sıra universitetlər yaxın illərdə maliyyə kəsiri və hətta müflisləşmə riski ilə üzləşə bilər.
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur