×
A
A
A
Sazlamalar

“Balakən” KSES-də istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bakı, 3 avqust, AZƏRTAC

İstismara verildiyi tarixdən bu il iyulun 1-dək “Balakən” kiçik su elektrik stansiyasında (KSES) 29,7 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2017-ci il avqustun 3-də Balakən çayı üzərində tikilmiş, ümumi gücü 1,44 meqavat olan “Balakən” kiçik su elektrik stansiyasının açılışı olub.
KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Regionlar 2026-08-03 12:53:00