×
A
A
A
Sazlamalar

Şənbə və bazar günləri hava necə olacaq?

Bakı, 31 iyul, AZƏRTAC
Bu həftənin şənbə və bazar günləri, yəni avqustun 1-i və 2-si Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir.
Havanın maksimal temperaturu Aran rayonlarında 34-39, dağlıq ərazilərdə 23-28 dərəcə isti olacaq.

Ekologiya 2026-07-31 16:24:00