


Sabahın hava proqnozu açıqlanıb
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycanda avqustun 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 34-39 dərəcə isti olacağı ehtimal edilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, bəzi yerlərdə 32-37 dərəcə isti olacağı ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, bəzi yerlərdə 32-37 dərəcə isti olacağı gözlənilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38 dərəcə isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı bildirilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 34-39 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25, gündüz 32-37, dağlarda gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur
Azərbaycanda zubrların sayı 89-a çatıb
Sabahın hava proqnozu açıqlanıb
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub