×
A
A
A
Sazlamalar

Küləkli hava şəraiti günorta saatlarından etibarən tədricən mülayimləşəcək

Bakı, 28 iyul, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 metr/saniyəyə çatır.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

Ekologiya 2026-07-28 10:30:00