×
A
A
A
Sazlamalar

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacaq.
Eyni zamanda, bildirilir ki, küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyə edilir.

Ekologiya 2026-07-27 15:56:00