×
A
A
A
Sazlamalar

Bakıda güclü külək davam edir, dənizdə dalğanın hündürlüyü 2,8 metrdir – FAKTİKİ HAVA

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-si saat 13:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 metrədək çatır. Dənizdə dalğanın hündürlüyü 2, 8 metrdir.

 

Ekologiya 2026-07-27 13:16:00