×
A
A
A
Sazlamalar

Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır – FAKTİKİ HAVA

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 metrə çatır.

 

Ekologiya 2026-07-27 10:33:00