×
A
A
A
Sazlamalar

Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir

Bakı, 26 iyul, AZƏRTAC

Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 27-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir. Bu isə əksər meteohəssas insanlar üçün müsbət amildir.

Ekologiya 2026-07-26 19:08:00