


Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Fransa arasında mövcud münasibətlər, parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı parlament diplomatiyasının dövlətlər arasında dialoqun inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub, həmçinin regional təhlükəsizlik, sülh, humanitar əlaqələr və digər aktual məsələlərə toxunulub.
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
Efiopiyanın Baş naziri: Azərbaycan son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb