


Andrey Sibiqa: Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa üçün strateji əhəmiyyətə malikdir VİDEO
Kiyev, 6 avqust, AZƏRTAC
Azərbaycan inkişaf edən və əhəmiyyətli regional rolunu nümayiş etdirən güclü dövlətdir. Azərbaycanın müharibənin dayandırılması səylərində həm iştirakı, həm də səsi son dərəcədə mühümdür
Bu fikirləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında AZƏRTAC-ın xüsusi müxbirinin sualını cavablandırarkən söyləyib.
Azərbaycanın və Ukraynanın həm də strateji tərəfdaşlar olduğunu deyən nazir qeyd edib: “Azərbaycan biznesi Ukraynada daim fəal olub və biz bu fəaliyyətin daha da genişləndirilməsini arzu edirik. Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz Ukraynaya enerji təchizatının şaxələndirilməsində maraqlıyıq. Ümumiyyətlə, Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa, o cümlədən Ukrayna üçün strateji əhəmiyyətə malikdir. Biz bunun üzərində fəal şəkildə işləyirik və əminəm ki, əhəmiyyətli nəticələr əldə edəcəyik”.
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
Efiopiyanın Baş naziri: Azərbaycan son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb