


Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"
Bakı, 23 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Sədayə Mustafayevanın 100 illiyi münasibətilə "Sənətə həsr olunmuş ömür" adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov çıxış edərək Sədayə Mustafayevanın yaradıcılıq yolundan söhbət açıb, onun milli teatr və kino sənətinə bəxş etdiyi dəyərli incilərdən danışıb.
Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli Sədayə Mustafayeva yaradıcılığından danışıb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Çıxışlararası aktrisanın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər göstərilib, şəkillərindən ibarət videoçarx nümayiş etdirilib.
Sonda Sədayə Mustafayevanın nəvəsi - teatrşünas Anar Ərtoğrul Burcəliyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Fotoqraf - Səfiyar Məcnun
Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır
Emin Məmmədov: Faiq Əhməd Azərbaycan xalça sənətini müasir incəsənətin dili ilə dünyaya tanıdır
Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"
“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin yubiley gecəsi Xurşidbanu Natəvana həsr olunub