


Bu ilin 5 ayında 111 milyon 793 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 22 iyun, AZƏRTAC
Cari ilin yanvar-may ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanıb. Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirib ki, narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kiloqram 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 664 kiloqram 289,559 qramını marixuana, 212 kiloqram 587,146 qramını heroin, 88 kiloqram 128,798 qramını tiryək, 214 kiloqram 243,147 qramını həşiş, 7 kiloqram 937,74 qramını digər narkotik vasitələr və 76 kiloqram 346,71 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 4486 həb metadon, 3660 çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kiloqram 169,4 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 111 milyon 793 min manat kimi qiymətləndirilir.
Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib
İtaliyada təhsil alan azərbaycanlı: Əsas məqsədim qazandığım təcrübəni gənclərlə bölüşməkdir
Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub