×
A
A
A
Sazlamalar

Azərbaycan-Rusiya parlament əlaqələrinə dair fikir mübadiləsi aparılıb

Bakı, 18 iyun, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Əməkdaşlıq Komissiyasının parlamentlərimiz arasında əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan bir sıra digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu vurğulanaraq, növbəti iclasın da uğurla keçdiyi və faydalı müzakirələrin baş tutduğu bildirilib.
Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlament sədrləri və deputatlar arasında baş tutan görüşlər bu münasibətlərin daha da genişlənməsinə xidmət edir.
Həmçinin beynəlxalq parlament təşkilatları, o cümlədən Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xarici siyasət 2026-06-18 17:02:00