×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq

Vaşinqton, 17 iyun, AZƏRTAC

İranla müqavilə qısa müddətdə - sabah və ya o biri gün imzalanacaq.
AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.
“Əgər bu razılaşmanı etməsəydik, iki il ərzində daha çox bomba ata bilərdik”,- deyə Tramp bildirib.
ABŞ Prezidenti İranla əldə edilən razılaşmanın münaqişəyə son qoymaq, Hörmüz boğazını yenidən açmaq və ən əsası, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi əsas məqsədlərinə çatdığını deyib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-06-17 20:53:00