×
A
A
A
Sazlamalar

ABŞ-nin sahillərinə tropik fırtına yaxınlaşır

Vaşinqton, 17 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) sahillərinə mövsümün ilk tropik fırtınası yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Artur” tropik fırtınası ABŞ-nin cənubunda Texas ştatının orta sahillərində formalaşıb.
Cümə günü Luiziana, Missisipi, Alabama, Corciya, Florida və Texas ştatlarında həyati təhlükə törədə biləcək güclü daşqınlar gözlənilir və bu prosesin həftənin sonuna kimi davam edəcəyi ehtimal olunur.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

 

Dünya 2026-06-17 19:27:00