


BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “Web of Science Core Collection” bazasında ən yüksək - Q1 kvartilli jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics” jurnalları bazada ilk onluğa daxil edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 3.8, 5 il üzrə orta impakt faktoru 2.7 təşkil edib. Bu nəticə ilə jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə 345 beynəlxalq nəşr arasında 5-ci yerdə qərarlaşıb.
Agentliyin rəsmi məlumatına əsasən, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının təsir əmsalı 3.4, 5 il üzrə orta impakt faktoru isə 2.0 təşkil edib. Jurnal bu göstəricilərlə “Web of Science Core Collection” bazasında riyaziyyat kateqoriyası üzrə indekslənən 492 jurnal arasında 8-ci, tətbiqi riyaziyyat kateqoriyası üzrə isə 345 jurnal arasında 12-ci yeri tutub.
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb
Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb
BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır
AzMİU alimlərinin ixtirası aşağımərtəbəli binaların etibarlılığını artıracaq