×
A
A
A
Sazlamalar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Kiyev, 15 iyun, AZƏRTAC

Rusiya ordusunun Xarkova təkrar hava hücumu həyata keçirməsi nəticəsində ilkin hava zərbəsindən sonra yanğını söndürən Dövlət Təcili Yanğın Xidmətinin beş işçisi həlak olub.
Bu barədə AZƏRTAC daxili işlər naziri İqor Klimenkonun "Telegram"dakı xəbərinə istinadla məlumat verib.
Nazir yazıb: "Xarkovda Rusiyanın ikinci hücumu nəticəsində yanğını söndürərkən Dövlət Təcili Yanğın Xidmətinin beş xilasedicisi həlak olub. Azı daha beş nəfər yaralanıb".
Klimenko qurbanların ailələrinə başsağlığı verib, onları "silahsız qəhrəmanlar" adlandırıb və əlavə edib ki, "təəssüf ki, Ukrayna həyat xilas edənləri itirməyə davam edir".

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2026-06-15 06:02:00