


Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər
Bakı, 15 iyun, AZƏRTAC
ABŞ və İran arasında sazişin imzalanması Yaxın Şərqdə növbəti 50 il ərzində fundamental dəyişikliklərə səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“Əgər iranlılar bu razılaşmanın şərtlərinə əməl etsələr, bu, Yaxın Şərqi növbəti 50 il ərzində köklü şəkildə dəyişdirəcək. Bu, müharibələrə son qoyacaq, regionu investisiyalar üçün daha cəlbedici edəcək. Eyni zamanda, Amerika xalqının rifahının yüksəlməsinə və enerji qiymətlərinin aşağı düşməsinə töhfə verəcək”, – deyə o vurğulayıb.
İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar
Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb
Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər
İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib