×
A
A
A
Sazlamalar

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Bakı, 14 iyun, AZƏRTAC

Təhlükəsizlik vasitələri olmadan təhlükəli hərəkətləri ilə tanınan yəmənli alpinist Əntar əl-Absi Damt vulkanının qaynayan kraterinə yıxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yəmən Mülki Müdafiə Xidmətinə istinadla Yemen Online məlumat yayıb. Hadisə Hörümçək Adam ləqəbi ilə tanınan Əntar əl-Absinin dırmanmasını lentə alan tamaşaçıların gözü qarşısında baş verib.
Xilasedicilər alpinistin yoxa çıxmasından dərhal sonra axtarış əməliyyatına başlayıblar. Onun cəsədi yatmış vulkanın içərisindəki isti, kükürdlü sularda tapılıb.

Dünya 2026-06-14 08:16:00