


Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb
Bakı, 14 iyun, AZƏRTAC
ABŞ-nin Şimali Perri hava limanında helikopterin qəzaya uğraması nəticəsində xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “NBC6” televiziya kanalı məlumat yayıb. Yanğınsöndürənlərin sözlərinə görə, zərərçəkənlər həyati təhlükəsi olmayan xəsarətlər alıblar.
Federal Aviasiya Administrasiyası “Robinson R44” helikopterinin uçuş zamanı aşdığını və yaxınlıqdakı təyyarəyə çırpıldığını açıqlayıb. Helikopterin özü orta dərəcədə zədələnib.
Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb
Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb
Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb
ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib