


Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
Kiyev, 13 iyun, AZƏRTAC
Ukrayna Müdafiə Qüvvələri bütün gecə boyunca Volqoqrad, Zaporojye, Donetsk və digər bölgələrdəki bir sıra hədəflərə zərbələr endirib. Xüsusilə Rusiyanın neft nəqli infrastrukturunun əsas elementi vurulub.
AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadla xəbər verir.
Belə ki, 13 iyun gecəsi Müdafiə Qüvvələrinin bölmələri Volqoqrad vilayətinin Kotovo kəndi yaxınlığındakı neft müəssisəsinə zərbə endirib. Müəssisədə yanğın baş verdiyi bildirilir.
Bu müəssisə magistral boru kəmərləri vasitəsilə neft hazırlayır və onu kəmərlərə vurur, neft emalı zavodlarına xam neft tədarük edir və ixrac infrastrukturunu dəstəkləyir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının digər məlumatına görə, Xoromnoye (Rusiya Federasiyasının Bryansk vilayəti), Verxnyaya Krinitsa (Zaporojye vilayəti), Voskresenka (Donetsk vilayəti) və Novonikolaevka (Xerson vilayəti) ərazilərində olan Rusiyanın PUA idarəetmə məntəqələri də hücuma məruz qalıb.
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır