


Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
Qahirə, 13 iyun, AZƏRTAC
Oman sahilləri yaxınlığında naməlum mərminin düşməsi nəticəsində tanker gəmisinin ön hissəsi zədələnib.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib.
Qeyd olunub ki, hadisə Oman sahillərindən şərqdə, 6 dəniz mili məsafədə baş verib.
Vurğulanıb ki, ekipajın vəziyyəti yaxşıdır. Hər hansı ekoloji fəsad barədə məlumat verilməyib. Həmçinin qeyd olunub ki, tanker növbəti dayanacaq limanına doğru üzməkdə davam edib.
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır