×
A
A
A
Sazlamalar

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ankara, 13 iyun, AZƏRTAC

Türkiyə Daxili İşlər Nazirliyi (DİN) müxtəlif cinayətlərdə təqsirli bilinən 90 nəfərin Ankaraya ekstradisiya olunduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə DİN-in məlumatına görə, 16 ölkənin hakimiyyət orqanları tərəfindən “İnterpol”un qırmızı bülletenləri ilə axtarışda olan 42 nəfərin Türkiyəyə ekstradisiyası barədə qərarlar verilib.
Türkiyəyə ən çox sayda şübhəli şəxs (58 nəfər) Gürcüstandan ekstradisiya edilib.
Axtarışda olan Türkiyə vətəndaşlarından 12-si Almaniyadan, ikisi Bolqarıstan və Yunanıstandan, daha iksi Niderland və Şimali Kipr Türk Cümhuriyyətindən gətirilib. Qalan şəxslər Avstriya, Belarus, Birləşmiş Krallıq, İtaliya, Yaponiya, Qırğızıstan, Şimali Makedoniya, Moldova, Tailand və Ukraynadan ekstradisiya olunub.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2026-06-13 13:37:00