×
A
A
A
Sazlamalar

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Bakı, 13 iyun, AZƏRTAC

Respublika Qan Bankının ölkə üzrə 8 regional bölməsi fəaliyyətdədir. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Gələcəkdə qan xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün icbari tibbi sığorta ilə qan xidmətinin qarşılanması məsələsi gündəmdədir", - deyə E.Nağıyev bildirib.

 

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Aydın Məmmədov

Cəmiyyət 2026-06-13 11:22:00