×
A
A
A
Sazlamalar

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Şuşa, 13 iyun, AZƏRTAC
Bu gün Türk Dövlətləri Təşkilatı yalnız ortaq tarix, mədəniyyət və dəyərlərimizi birləşdirən platforma deyil, eyni zamanda iqtisadi inkişaf, ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm əməkdaşlıq mexanizminə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
O bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsini ölkənin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir: “Son illərdə üzv dövlətlər arasında ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi, nəqliyyat-logistika əlaqələrinin güclənməsi və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafı bunun əyani göstəricisidir. TDT çərçivəsində çoxtərəfli əməkdaşlığımız davamlı yüksəliş xətti üzrə inkişaf edir və bu, üzv ölkələrin iqtisadiyyatlarına əhəmiyyətli töhfələr verir. Azərbaycan TDT-yə üzv bütün dövlətlərlə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirib. 2025-ci ildə Azərbaycan Respublikasının TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7.3 milyard ABŞ dolları təşkil edib”.

Müxbir – Tahir Ağaməmmədov

Regionlar 2026-06-13 10:41:00