


Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO
Ağdam, 13 iyun, AZƏRTAC
İşğaldan azad edilmiş Ağdam şəhərindəki 1 nömrəli tam orta məktəbin bu il tək məzunu olmaq mənim üçün böyük qürur və xoşbəxtlikdir.
Bunu AZƏRTAC-ın bölgəyə ezam olunan müxbirinə öz təəssüratlarını bölüşən məzun Nihad İbrahimov deyib.
O qeyd edib ki, təhsil aldığı məktəbdə dərslər yüksək səviyyədə təşkil olunub, hərtərəfli bilik və bacarıqlar aşılanıb.
“Bundan əvvəl Bakı şəhər 42 nömrəli tam orta məktəbində təhsil almışam. Heç ağlıma da gəlməzdi ki, bir gün öz ata-baba yurdumda məzun olmaq qismətim olacaq. Bu qürurverici günü yaşadığım üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Məhz onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, doğma Ağdam yenidən dirçəldi və biz öz yurdumuzda təhsil almaq, böyümək və məzun olmaq sevincini yaşadıq”, - deyə Nihad İbrahimov əlavə edib.
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR