


Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb
Gəncə, 13 iyun, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev Gəncədə "Son zəng" mərasiminə qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazir Emin Əmrullayev Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində "Son zəng" tədbirində iştirak edir. Ölkə üzrə orta məktəbi bitirən bütün şagirdləri təbrik edən E. Əmrullayev məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, 2025–2026-cı tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən orta ümumi təhsil müəssisələrinin XI siniflərini 6583 nəfər, IX siniflərini isə 8341 nəfər olmaqla, ümumilikdə 14 924 şagird başa vurur. Ayrıca məktəblərdə 7042 şagird I sinfi tamamlayır.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində 246 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
Müxbir - Elcan Məmmədov
Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb
Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur
Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb
Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb
Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO