×
A
A
A
Sazlamalar

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

Vaşinqton, 13 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp onun göstərişi ilə ABŞ Cənub Komandanlığının “Tren de Aragua” təşkilatının lideri Nino Querreronun olduğu yerə ölümcül zərbə endirdiyini və nəticədə onun öldürüldüyünü açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O bildirib ki, əməliyyat Venesuela ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
“Tren de Aragua” ABŞ tərəfindən terror təşkilatı kimi tanınır.

 
 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-06-13 07:44:00