


Balakəndə möhtəşəm konsert proqramı VİDEO
Balakən, 12 iyun, AZƏRTAC
Bu gün Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Balakən rayon Mədəniyyət Mərkəzində qastrol konserti ilə çıxış edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı çərçivəsində baş tutan konsertdə Balakən Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kollektivin ifasında tamaşaçılara milli musiqi inciləri, xalq mahnıları və rəqslərdən ibarət zəngin proqram təqdim olunub.
Müxbir - Rasim İslamoğlu
Balakəndə möhtəşəm konsert proqramı VİDEO
Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO