


Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-si saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.
Saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 millimetr olan, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44 radələrində isə Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb.
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır