


Qəbələdə zəlzələ olub
Bakı, 12 iyun, AZƏRTAC
Qəbələ rayonunda zəlzələ baş verib.
Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonunda qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Oğuz, Şəki, Qax, Zaqatala, Goranboy, Yevlax, Ağdaş, Göyçay, Ucar, Tərtər, İsmayıllı, Şamaxı, Şəmkir, Mingəçevir və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Yerli vaxtla saat 15:13-də baş verən zəlzələnin maqnitudası 5,1 olub.
Zəlzələnin ocağı 42 kilometr dərinlikdə yerləşib.
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır