


Şərqşünaslıq İnstitutunun fəaliyyətində müsbət dinamika: yarımillik hesabat yüksək qiymətləndirilib
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2026-cı ilin birinci yarısında elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə keçirilən iclasda elmi şöbələrinin müdirləri 2026-cı ilin birinci yarısında görülən işlər barədə məlumat veriblər.
Şöbələrin hesabatları institutun Elmi Şurası tərəfindən yüksək dəyərləndirilib.
İclasda iştirak edən AMEA Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov institutun 6 aylıq fəaliyyət hesabatına münasibət bildirib. Qeyd edib ki, Şərqşünaslıq İnstitutunun fəaliyyətində müsbət dinamika qorunub saxlanılır. O vurğulayıb ki, təqdim olunan hesabatdan da göründüyü kimi, institutda son altı ay ərzində həm elmi-tədqiqat, həm də təşkilati fəaliyyət istiqamətlərində sistemli və məqsədyönlü işlər həyata keçirilib, mühüm nəticələr əldə olunub.
Hesabat dövrü ərzində institutun strateji elmi prioritetləri çərçivəsində 6 problem istiqamətində həyata keçirilən 109 elmi-tədqiqat işi üzrə araşdırmalar aparılıb, bu işlərin 34-ü cari ilin sonunda, digərləri isə növbəti illərdə yekunlaşacaq. Hesabat dövründə institut əməkdaşlarının ölkə daxilində 77 məqalə, 53 tezisi, xaricdə isə 57 məqalə və 17 tezisi çap olunub. 2026-cı ilin birinci yarısı üzrə nüfuzlu elmmetrik indekslənən elmi jurnallarda çap olunan məqalələrin sayı 7-dir.
Qeyd olunub ki, əməkdaşlar ölkədə keçirilən 48 respublika və 76 beynəlxalq səviyyəli elmi konfranslarda iştirak ediblər. İnstitutun 30 əməkdaşı isə xaricdə (Türkiyə, Qazaxıstan, Ukrayna, Rusiya, Portuqaliya, İraq, Fransa, Qırğızıstan) keçirilən beynəlxalq konfranslarda əyani və onlayn iştirak ediblər.
Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq
Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub
Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır