×
A
A
A
Sazlamalar

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edilib

Bakı, 12 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müasir Azərbaycan tarixində mühüm yer tutan, ölkənin inkişaf yolunun müəyyənləşdirilməsində xüsusi rol oynayan Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs olunub.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə həsr olunan videoçarx nümayiş etdirilib.

Cəmiyyət 2026-06-12 13:31:00