×
A
A
A
Sazlamalar

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Bakı, 12 iyun, AZƏRTAC

Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, iyunun 12-də yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonunda 42 kilometr dərinlikdə 5.1 maqnitudalı zəlzələ qeydə alınıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.
Qeyd edək ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Cəmiyyət 2026-06-12 16:24:00