


Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Biz görürük ki, cari ilin dörd ayında qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində əsas kapitala investisiyalar 15 faizdən bir az çox artıb. Sektor üzrə investisiyalarda isə qeyri-dövlət bölməsinin payı 51,1 faizə yüksəlib. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, özəl kapital dövlət investisiyalarını üstələyir.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində söyləyib.
“Digər tərəfdən, əgər keçən illə müqayisədə özəl sektordan gələn sərmayə 15 faiz artıbsa, deməli, ya perspektiv görür, ya şəraiti münbit kimi qəbul edir, ya da hər ikisi. Yəni bu nöqteyi-nəzərdən düşünürük ki, doğru istiqamətdə gedirik. Lakin bir daha vurğulayım ki, mənim baxışım dövlət məmurunun baxışını əks etdirir. Bizə çox vacibdir ki, sahibkarların səsini eşidək. Bununla bağlı yenə də müvafiq işçi qruplarımız mövcuddur, onlar Baş nazirin müavininin rəhbərliyi ilə fəaliyyət göstərir, biz onların işində fəal iştirak edirik. Burada ona görə mediada da sahibkarların mövcud problemlərinin işıqlandırılmasının bizim üçün bir çox hallarda böyük faydası olur”, – deyə nazir əlavə edib.
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO
Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO