×
A
A
A
Sazlamalar

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Bakı, 10 iyun, AZƏRTAC

Sənaye sahəsində qoyduğunuz sərmayəni ən yaxşı halda 7-8 ildən sonra geri qaytara bilmək üçün böyük və uzunmüddətli vəsait yatırmalısınız. Biz məhz uzun müddətdə ölkə iqtisadiyyatına, bəhs etdiyimiz hədəflərə xidmət göstərən fəaliyyət növlərinin təşviqinə çalışırıq. Həm də çalışırıq ki, sahibkarın da bu gün buna gücü çatsın.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində söyləyib.
O qeyd edib ki, sahibkarlığın inkişafı üçün güzəştli kreditlər, dövlət zəmanətləri, investisiya təşviqləri və startap dəstəyi mexanizmləri tətbiq olunur.
“Güzəştli kreditlər və faiz subsidiyaları məhz həmin maliyyə əlçatanlığı məsələsindən irəli gəlir - düşünürük ki, ehtiyacı var, veririk. Kreditlərə dövlət zəmanəti mexanizmini tətbiq edirik, çünki bir çox sahibkarın girovla bağlı problemləri olur və biz girovu olmayan sahibkarlar üçün bankların əminliyini artırmaq məqsədilə bu zəmanəti təmin edirik. İnvestisiya təşviqi sənədi üzrə də layihələrin siyahısı və istiqamətləri müəyyənləşib; əgər siz həmin layihələrə pul qoyursunuzsa, bu güzəştləri təqdim edirik. Startaplarla bağlı şəhadətnamələrin verilməsinin də bəlli bir müsbət nəticəsi var”, - deyə nazir diqqətə çatdırıb.

İqtisadiyyat 2026-06-10 23:07:00

Video