


Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm
Bakı, 10 iyun, AZƏRTAC
Bu kitab iki çox mühüm tarixi fakta əsaslanır. Onlardan biri ondan ibarətdir ki, elmdə qədim macarlar qədim türklərlə vahid xalq hesab olunur. Lakin sonradan zaman keçdikcə bu dillər arasında müəyyən fərqlər yaranıb. Mən bizi yaxınlaşdıran həmin iki dilin qədimliyini bərpa etməyə çalışmışam.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, görkəmli ictimai və siyasi xadim Həsən Həsənov deyib.
“İlk vaxtlar heç də bütün alimlər məni dəstəkləmirdi. Lakin mən dilçiliyin qanunlarından istifadə edərək indiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bildim. Bəziləri hesab edirdi ki, bunlar yalnız Osmanlı imperiyası dövründə macar dilinə daxil olmuş sözlərdir. Amma sübut olundu ki, həmin sözlər macar dilində ondan çox əvvəl meydana gəlib”, – deyə bu gün Türk Mədəniyyəti və İrsi Fondunda təqdimatı keçirilən "Macar-Azərbaycan ortaq etnik kökləri" kitabının müəllifi diqqətə çatdırıb.
Fotoqraf – Orxan Kərimov
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub
ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub
“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər