


Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (ƏMDX) AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-may ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 14 milyon 175 min manat təşkil edib.
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO
Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO