


Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
Naxçıvan, 8 iyun, AZƏRTAC
2026-2027-ci tədris ili üzrə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək.
Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər. Qeydiyyat müddəti iyunun 9-dan 19-na qədərdir.
Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür:
Müxbir- Nail Əsgərov
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
Hacıqabuldakı yanğının söndürülməsi üçün ətraf rayonlardan da qüvvə cəlb edilib
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO