


Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub
Bakı, 8 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Qarabağ və Şərqi Zəngəzurun ali sporlu və toxumlu bitkilərinin taksonomik spektri” adlı fundamental nəşr çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Elmi Şuranın müvafiq qərarı ilə nəşrə tövsiyə olunan kitab Qarabağ və Şərqi Zəngəzur floralarını əhatə edir. Ərazidə 2000-ə yaxın ali sporlu və toxumlu bitki növünə rast gəlinir ki, bu da Azərbaycan florasının 45 faizindən çoxunu təşkil edir. 316 səhifəlik kitabda bitkilərin bioekoloji xüsusiyyətləri, taksonomik quruluşu və yayılma xüsusiyyətləri təqdim olunub.
Nəşrin elmi redaktoru professor Səyyarə İbadullayeva, redaktorları professor Aydın Əsgərov və dosent Pərvanə Qaraxani, rəyçiləri isə akademik Tariyel Talıbov və professor Munir Öztürkdür. Kitabın tərtibatında institutun əməkdaşları professor Səyyarə İbadullayeva, dosentlər Nuri Mövsümova, Gülnarə Şirəliyeva, Nigar Mürsəl, Arzu Hüseynova, biologiya üzrə fəlsəfə doktoru Samirə Xudaverdiyeva və doktorant Səbinə Hacıyeva iştirak ediblər.
Kitab gələcəkdə Qarabağ və Şərqi Zəngəzur florasının tədqiqi zamanı mühüm elmi mənbə kimi istifadə edilə bilər.
Çoğrafiyaçünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub