


“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
Bakı, 8 iyun, AZƏRTAC
“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan avqustun 15-də keçiriləcək. İmtahana qeydiyyat iyunun 29-dək davam edəcək.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universitetinin Nəşriyyat və qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
İmtahana gələn namizədlər mütləq şəkildə Confirmation of Entry (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər.
Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub
AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb
Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir