


Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub
Bakı, 6 iyun, AZƏRTAC
Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günündə idmançılar növbəti təsnifat çıxışlarını təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, günün proqramına əsasən, akrobatika gimnastikasında kişi qrupu, qadın və kişi cütlükləri temp hərəkətlərində, qadın qrupları və qarışıq cütlüklər isə balans hərəkətlərində çıxışlarını tamamlayıblar.
Aerobika gimnastikası üzrə isə fərdi, üçlük və qrup proqramlarında təsnifat mərhələsi keçirilib və finalçılar müəyyənləşib.
Akrobatika gimnastikasında Azərbaycanı təmsil edən Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu 57.370 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Kişi cütlüyü Seymur Cəfərov və Rəsul Seyidli isə 54.300 xalla finala yüksəlib.
Aerobika gimnastikasında qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 18.550 xal nəticə ilə final mərhələsinə keçid alıblar. Üçlük proqramında çıxış edən Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə 17.088 xal toplayaraq final mərhələsinə yüksəliblər.
Yarışın sonuncu günündə idmançılar final mərhələsində medal uğrunda mübarizə aparacaqlar.
Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb