


Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir
Qahirə, 6 iyun, AZƏRTAC
Misir hökuməti Avropa İttifaqı tərəfindən ayrılmış maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir.
AZƏRTAC xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə görüşündə ölkəsinin bankla əməkdaşlığın daha da genişləndirilməsinə maraq göstərdiyini bildirib.
Misir və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq çərçivəsində ölkəyə ümumilikdə 7,4 milyard avro həcmində dəstək ayrılıb. Cari il üçün nəzərdə tutulan 1,5 milyard avroluq tranşın 2026-cı ilin sonunadək ödənilməsi planlaşdırılır. Bir milyard avro artıq ötən yanvar ayında ayrılıb. Aprel ayında Misirin Baş naziri Mustafa Mədbuli növbəti tranşın ilin sonunda deyil, ilin ortasınadək təhvil verilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirmişdi.
Ekspertlər hesab edirlər ki, Avropa İttifaqının dəstək proqramı, “Ras əl-Hikmə” investisiya sazişi (35 milyard dollar həcmində), həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq Misirin ortamüddətli iqtisadi sabitliyinin əsas təminatçılarından biridir. Bununla yanaşı, Yaxın Şərqdəki gərginlik və İranla bağlı böhran qlobal iqtisadiyyata əlavə təzyiqlər yaradaraq Misir iqtisadiyyatına da təsirsiz ötüşmür.
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar
Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib