×
A
A
A
Sazlamalar

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

Bakı, 6 iyun, AZƏRTAC

Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı hadisə iştirakçılarından 7 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

20:36

İyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
Araşdırmalar davam etdirilir.

Cəmiyyət 2026-06-06 21:25:00