


Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır. Bu cür yaradıcılıq gecələri şairləri, qiraətçiləri, ifaçıları, aktyorları və digər sənət nümayəndələrini bir araya gətirərək ədəbiyyat və incəsənətsevərlər üçün xüsusi bir mühit yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən bədii qiraətçi Xəzər Süleymanlı söyləyib.
O, yaradıcılıq gecəsində Səməd Vurğunun bir çox şeirlərini səsləndirməkdən zövq aldığını qeyd edib. X.Süleymanlının sözlərinə görə, xüsusilə şairin yaradıcılığının ruhunu və duyğularını əks etdirən, aşıq ədəbiyyatı ənənələrinə yaxın olan şeirlərin ifasına üstünlük verib.
Müxbir - Fidan Əlizadə
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır
Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq
Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı