


Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq
Bakı, 6 iyun, AZƏRTAC
Əbədiyaşar şairimiz Səməd Vurğun Azərbaycan ədəbiyyatında silinməz iz qoymuş böyük sənətkarlardandır. Onun zəngin ədəbi irsi və əsərləri yaşadıqca, Səməd Vurğunun adı da daim yaşayacaq.
Bunu AZƏRTAC- a açıqlamasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Əməkdar artist Elşən Rüstəmov deyib.
“Hər birimiz Səməd Vurğunun şeirlərini sevə-sevə oxuyur, bir çoxunu əzbərdən bilirik. Biz bir növ, dünyaya onun şeirlərinin gözü ilə baxmağı öyrənmişik. Tədbir çərçivəsində şairin müxtəlif mövzuları əhatə edən şeirlərini səsləndirdim. Proqram dramaturji baxımdan ayrı-ayrı bloklar şəklində qurulub. Vətən, təbiət, insanlıq və digər mövzulara həsr olunan əsərlər tematik şəkildə qruplaşdırılaraq tamaşaçılara ardıcıl və bütöv bir kompozisiya şəklində təqdim edilib”, - deyə Əməkdar artist əlavə edib.
Müxbir - Fidan Əlizadə
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır
Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq
Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı