


Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
Gəncə, 6 iyun, AZƏRTAC
Gəncədə “Avropa İttifaqı ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi - 2026” tədbirinin rəsmi açılışı mərasimi keçirilib.
Mərasimdən əvvəl qonaqlarla Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi arasında görüş olub. Görüşdə Avropa İttifaqı və Azərbaycanın 30 illik əməkdaşlığı və tərəfdaşlığı barədə söhbət açılıb.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyi və Aİ-yə üzv dövlətlərin diplomatlarının iştirakı ilə Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilib.
Aksiyadan sonra şəhərin baş meydanında “Avropa Şəhərciyi - 2026” tədbirinin rəsmi açılışı mərasimi olub. Qonaqlar qurulan stendlərlə tanış olublar.
Müxbir - Elcan Məmmədov
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO
Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR